Portuqaliyalı futbolçu Kriştianu Ronaldu "Ən-Nəsr" klubunun məşqində iştirak etməyib.
Tvit.az xəbər verir ki, bu barədə jurnalist Əbdüləziz Əl-Oseymi "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
Onun sözlərinə görə, fevralın 3-ü səhər saatlarında "Ən-Nəsr" Səudiyyə Pro Liqasının 20-ci turu çərçivəsində "Ər-Riyad"a qarşı keçirilmiş oyunda (0:1) iştirak etməyən futbolçular üçün məşq keçirib. Lakin həmin görüşdə oynamayan komandanın kapitanı Ronaldu məşqdə iştirak etməyib.
Daha əvvəl mətbuatda 40 yaşlı hücumçunun yay transfer pəncərəsində Səudiyyə Ərəbistanı klubunu tərk edə biləcəyi barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, Ronaldu 2023-cü ildən "Ən-Nəsr"də çıxış edir. Futbolçunun klubla müqaviləsi 2027-ci ilə qədər nəzərdə tutulub.