Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Qanunu pozaraq "əcəb edirəm" deyən sürücü cəzalandırıldı
sosial

Qanunu pozaraq "əcəb edirəm" deyən sürücü cəzalandırıldı

03-02-2026 18:00 27 Baxış
IMG

Bakıda yol hərəkəti qaydalarını aşkar surətdə və qəsdən pozan, cəmiyyətə hörmətsizlik nümayiş etdirən, onu intizama dəvət edən vətəndaşlarla isə "öz qaydaları" ilə davranan sürücü barədə polis hərəkətə keçib.

 

Tvit.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli Oxu.az-a açıqlamasında yayılan videogörüntü ilə bağlı araşdırma aparıldığını bildirib.

 

Araşdırma nəticəsində "Çanqan" markalı, 99 KQ 953 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü müəyyən edilib və barəsində inzibati qaydada qanunamüvafiq tədbir görülüb.