Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Bu rayonlarda icra başçısı yoxdur – SİYAHI
sosial

Bu rayonlarda icra başçısı yoxdur – SİYAHI

03-02-2026 15:00 16 Baxış
IMG

Son bir ayda iki icra hakimiyyətinin başçısı öz vəzifəsini itirib. Beləliklə, icra hakimiyyəti başçısı kreslosu boş olan rayonların sayı 6-ya çatıb. Hazırda 1 şəhər və 5 rayonun icra başçısı yoxdur.

 

Bəs, öz sahiblərini gözləyən icra başçısı kresloları hansı rayonlardadır?

 

Tvit.az Bizim.Media-ya istinadən sözügedən rayonların adlarını təqdim edir:

 

1.Qaradağ rayon İcra hakimiyyəti

Sonuncu dəfə bu vəzifəni Süleyman Mikayılov daşıyıb. O, Dövlət başçısının 30 yanvar 2026-cı il tarixli Sərəncamı ilə bu vəzifədən azad olub. Qeyd edək ki, Süleyman Mikayılov 16 il Qaradağ rayonuna rəhbərlik edib. Bundan əvvəl isə o, Yardımlı rayonunda və Lənkəran şəhərində icra başçısı olub.

 

2. Nəsimi rayon İcra Hakimiyyəti

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov ötən il dekabrın 29-da vəzifəsindən azad olunub. O, 2025-ci il noyabrın 12-də bu vəzifəyə təyin edilmişdi. E.İbrahimov cəmi 47 gün Nəsimi rayonunun icra başçısı postunda qala bildi. Elxan İbrahimov daha əvvəl Kürdəmir rayonuna rəhbərlik etmişdi.

 

3. Gədəbəy rayon İcra Hakimiyyəti

2025-ci ilin 12 noyabr tarixində Orxan Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. O.Mürsəlov 2022-ci ilin avqust ayında Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi. Hazırda Gədəbəy rayonunun icra başçısı vəzifəsi boşdur.

 

4. Naftalan şəhər İcra Hakimiyyəti

2025-ci il noyabrın 12-də Vüqar Novruzov Naftalan şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. V.Novruzov 2019-cu ilin dekabrında Naftalan şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdu. Hələlik onun yerinə təyinat yoxdur.

 

5. Culfa rayon İcra Hakimiyyəti

Culfa rayon İcra Hakimiyyəti başçısının kreslosu artıq 3 ildir ki, boşdur. Belə ki, 2023-cü il avqustun 31-də Culfa rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev vəzifəsindən azad olunub.

 

6. Ağdərə rayon İcra Hakimiyyəti

Ağdərə rayonunun da isə icra başçısı ümumiyyətlə olmayıb. Belə ki, 2023-cü ilin dekabr Ağdərə rayon İcra Hakimiyyəti yaradılıb. Lakin ötən müddət ərzində bu vəzifəyə təyinat olmayıb.