Norveçin Azərbaycandakı səfiri Andreas Qaarder qəbula görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Tvit.az-ın verdiyi məlumata görə, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Bu gün Zati-aliləri Prezident Əliyev tərəfindən qəbul edilmək və Norveçin Azərbaycandakı səfiri kimi etimadnamələrimi təqdim etmək mənim üçün şərəf oldu", - paylaşımda deyilir.