Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ iqtisadiyyat "Azərsun Holdinq"in səhmləri əhaliyə satılacaq - İLK DƏFƏ
iqtisadiyyat

"Azərsun Holdinq"in səhmləri əhaliyə satılacaq - İLK DƏFƏ

29-01-2026 13:00 14 Baxış
IMG

Azərsun səhmlərini İPO üsulu ilə satışa çıxarmağı planlayır. Biz bu il iki şirkətin səhmlərin İlkin Kütləvi Təklif – İPO üsulu ilə satılmasını gözləyirik. 

Tvit.az xəbər verir ki, bu sözləri FED.az biznes və maliyyə xəbərləri portalına müsahibəsində Bakı Fond Birjasının İdarə Heyətinin sədr müavini Oktay Qasımov deyib.

Onun sözlərinə görə, bunlardan biri PAŞA Bankdır, digəri isə Azərsun şirkətidir:

"Azərsun şirkəti də bu il İPO üsulu ilə səhmlərin satışlarını planlaşdırır.
Azərsun bunun hansı qolunu edəcək, necə edəcək bu barədə hələ ki,  detallı məlumat yoxdur".