Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Qarabağ" "Liverpul"a böyük hesabla uduzdu
idman

"Qarabağ" "Liverpul"a böyük hesabla uduzdu

29-01-2026 01:00 36 Baxış
IMG

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu oyuna çıxıb.

"Tvit.az" xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə “Liverpul”la qarşılaşıb.

Görüş saat 00:00-da başlayıb və rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Təmsilçimiz bu nəticə ilə 10 xalla liqa mərhələsini 22-ci yerdə tamamlayıb və ölkə tarixində ilk dəfə turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, VIII tur

00:00. "Liverpul" – "Qarabağ" - 6:0

Qollar: A.Mak Allister, 15, 61, F.Virts, 21, M.Salah, 50, H.Ekitike, 57

Baş hakim: İvan Kurjlyak