Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Sumqayıtda dörd avtomobil toqquşub
hadisə

Sumqayıtda dörd avtomobil toqquşub

28-01-2026 19:00 13 Baxış
IMG

Sumqayıt şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi qeydə alınıb.

 

Tvit.az xəbər verir ki, İsmət Qayıbov küçəsində baş verən qəza zamanı 4 avtomobil toqquşub.

 

Qeyd olunub ki, 69 yaşlı Yaşar Qurban oğlu Xəlilovun idarə etdiyi 50-CL-214 dövlət nömrə nişanlı və Eldəniz Engəz oğlu Abbasovun idarə etdiyi 99-LZ-780 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı avtomobillər 1957-ci il təvəllüdlü Seymur Baba oğlu Nağıyevun idarə etdiyi "Haima" markalı maşınla toqquşub.

 

Nəticədə "Haima" markalı avtomobil yol kənarında dayanan 1957-ci il təvəllüdlü Mustafa Məmməd oğlu Şəfiyevin idarə etdiyi "Opel" markalı, 99-BZ-481 dövlət nömrə nişanlı maşına çırpılıb.

 

Hadisə nəticəsində Yaşar Xəlilov xəsarət alıb.