Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Novruzun ilk çərşənbəsi bu tarixdə olacaq
sosial

Novruzun ilk çərşənbəsi bu tarixdə olacaq

27-01-2026 21:00 12 Baxış
IMG

Azərbaycanda 2026-cı il üçün Novruz çərşənbələrinin tarixləri məlum olub.

 

Tvit.az xəbər verir ki, bu il ilk çərşənbə - Su çərşənbəsi fevralın 24-nə təsadüf edəcək.

 

Od çərşənbəsi martın 3-ü, Yel isə 10-u qeyd ediləcək. Torpaq (İlaxır) çərşənbəsi isə matrın 17-nə təsadüf edir.

 

Ötən il Novruzun ilk çərşənbəsi fevralın 25-nə təsadüf etmişdi.

 

Novruz bayramı günləri isə 20-24 mart tarixlərini əhatə edəcək.

 

Qeyd edək ki, Novruz bayramı UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilib və əsrlərdir Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin ayrılmaz hissəsi kimi qeyd olunur.