Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Prezident bu şəxsləri nazir müavini təyin etdi
sosial

Prezident bu şəxsləri nazir müavini təyin etdi

27-01-2026 16:00 11 Baxış
IMG

Kənd təsərrüfatı naziri Məcnun Məmmədova iki yeni müavin təyin edilib.

“Tvit.az” Modern.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, indiyədək nazirlikdə müşavir postunu tutan Zaur Əliyev və Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri Seymur Səfərli nazir müavini vəzifəsinə təyinat alıb. Nazir müavini Sarvan Cəfərovun isə vəzifəsindən azad edildiyi bildirilir.

Xatırladaq ki, Prezident İlham Əliyev dünən “Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edib. Dövlət başçısının imzaladığı Fərmana əsasən, kənd təsərrüfatı nazirinin müavinlərinin sayı 3-dən 4-ə çatdırılıb.