Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ sosial Azad edilmiş ərazilərdə 1079 döyüş silahı aşkar edilib
sosial

Azad edilmiş ərazilərdə 1079 döyüş silahı aşkar edilib

23-01-2026 15:00 14 Baxış
IMG

Ötən il işğaldan azad edilmiş ərazilərdə 1079 döyüş silahı aşkar edilib.

"Tvit.az" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin 2025-ci ilin yekunlarına həsr olunan Kollegiya İclasında məlumat verilib.

Ümumilikdə 5 199 odlu silah, o cümlədən işğaldan azad edilmiş ərazilərdən 1.079 döyüş silahı, 2.183 mərmi və 220 mindən çox patron aşkarlanıb. Qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 502 fakt müəyyən edilib, həmin cinayətlərə görə 153 nəfər tutulub.