Ötən gün “Qarabağ” - “Ayntraxt” oyununu izləyənlər arasında Azərbaycanın rəsmi şəxsləri də olub.
"Tvit.az" Manset.az-a istinadən xəbər verir ki, oyunu izləyənlər arasında Azərbaycan Respublikasının Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibinin müavini general-polkovnik Mədət Quliyev də olub.
Onlar, xüsusilə, qələbə qolunun - 3-cü qolun vurulması zamanı emosiyalarına hakim ola bilməyiblər.