Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Ötən il paytaxtda törədilən qətllərin sayı açıqlandı
hadisə

Ötən il paytaxtda törədilən qətllərin sayı açıqlandı

21-01-2026 16:00 12 Baxış
IMG

Ötən il Bakıda 14 104 cinayət hadisəsi törədilib.

"Tvit.az" xəbər verir ki, bu barədə Bakı Şəhər Prokurorluğunda 2025-ci ildə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsində deyilib.

Bildirilib ki, həmin cinayətlərin 93,4 %-nin açılması təmin olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 2025-ci ildə törədilən 39 qəsdən adam öldürmə cinayətinin və 19 qəsdən adam öldürməyə cəhdin hamısının, həmçinin ötən illərdən bağlı qalan 2 qəsdən adam öldürmə və 1 qəsdən şəxsin ölümünə səbəb olan ağır xəsarət yetirmə cinayətlərinin açılması təmin edilib.