Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Xətaidə evlərdən oğurluq edən şəxs saxlanıldı
hadisə

Xətaidə evlərdən oğurluq edən şəxs saxlanıldı

18-01-2026 17:00 18 Baxış
IMG

Paytaxtın Xətai rayonunda evlərdən silsilə oğurluqlar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Tvit.az"a verilən məlumata görə, zərərçəkənlər polisə müraciət edərək evlərindən məişət əşyalarının talandığını bildiriblər.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş B. Bayramov saxlanılıb. Ondan, həmçinin psixotrop maddə olan metamfetamin də aşkarlanıb.

Araşdırmalar davam etdirilir.