Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Tottenhem"in futbolçusu əməliyyat olunub
idman

"Tottenhem"in futbolçusu əməliyyat olunub

13-01-2026 18:00 20 Baxış
IMG

"Tottenhem"in yarımmüdafiəçisi Rodriqo Bentankur sağ dizaltı vətərindən əməliyyat olunub.

 

Tvit.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.


Uruqvaylı futbolçu Premyer Liqada "Bornmut"la keçirilən son oyunda zədələnib. Cərrahiyyə əməliyyatı uğurla başa çatan futbolçu "Tottenhem"in tibbi heyətinin nəzarəti altında reabilitasiya prosesinə başlayacaq.

 

Daha əvvəl 28 yaşlı yarımmüdafiəçinin apreldən tez yaşıl meydanlara qayıdacağının gözlənilmədiyi bildirlirdi.

 

Qeyd edək ki, "Tottenhem" hazırda Premyer Liqanın turnir cədvəlində 27 xalla 14-cü pillədə qərarlaşıb.