Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Neftçi" TV-nin lisenziyası ləğv edildi
idman

"Neftçi" TV-nin lisenziyası ləğv edildi

09-01-2026 14:00 46 Baxış
IMG

Audiovizual Şuranın iclasında "Neftçi TV" kanalının fəaliyyəti müzakirə olunub.

"Tvit.az" xəbər verir ki, bu barədə Audiovizual Şuradan məlumat verilib.

Bildirilib ki, aldığı peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasına uyğun olaraq son 1 il ərzində birbaşa internet üzərindən davamlı yayım apara bilməyən "Neftçi TV" kanalı ilə bağlı Audiovizual Şura tərəfindən "Neftçi Media" MMC-yə bir neçə dəfə bildiriş verilib, xəbərdarlıq olunub.

Nəticədə "Neftçi Media" MMC yayım apara bilmədiyi üçün lisenziyanın ləğvi məqsədilə Audiovizual Şuraya müraciət edib. Lisenziya sahibinin müraciətini nəzərə alaraq Audiovizual Şura "Neftçi TV" kanalı üçün "Neftçi Media" MMC-yə verdiyi peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasını ləğv edib.