Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Güclü külək Bakıda 9 ağacı sındırdı
hadisə

Güclü külək Bakıda 9 ağacı sındırdı

02-01-2026 12:00 15 Baxış
IMG

İki gündür davam edən güclü küləklə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Birlikdən "Tvit.az"a verilən məlumata görə, yanvarın 2-də gecədən səhərə kimi güclü külək nəticəsində 9 ağac sınıb, 6 ağacın budaqları qırılıb.

Sınan ağaclar və qırılan budaqlar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin növbətçi briqadaları tərəfindən operativ şəkildə götürülüb, ərazi təmizlənib.