Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman "Çelsi"dən ayrılan məşqçi Mançester klubunu çalışdıra bilər
idman

"Çelsi"dən ayrılan məşqçi Mançester klubunu çalışdıra bilər

01-01-2026 19:00 17 Baxış
IMG

İngiltərənin "Çelsi" klubunun sabiq baş məşqçisi Entso Mareska Premyer Liqanın digər təmsilçisi "Mançester Siti"ni çalışdıra bilər.

 

Tvit.az "The Athletic"ə istinadən məlumatına görə, 45 yaşlı italiyalı mütəxəssis London klubundan ayrılmazdan əvvəl Mançester təmsilçisi ilə danışıqlar aparıb.

 

E. Mareska bu gün "Çelsi"nin baş məşqçi postundan rəsmən ayrılıb. Komanda onun rəhbərliyi altında UEFA Konfrans Liqası və klublararası dünya çempionatının qalibi olub.

 

Qeyd edək ki, "Çelsi" 19 turdan sonra 30 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. 40 xala malik "Mançester Siti" isə ikinci yerdədir.