Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ şou-biznes Mir Şahinə biskvit satırdım - Röya
şou-biznes

Mir Şahinə biskvit satırdım - Röya

24-12-2025 21:00 39 Baxış
IMG

Mir Şahin müəllim 5-ci mərtəbədə yaşayırdı, biz isə 3-cü mərtəbədə. Gedib qapısını döyürdüm ki, biskvit alın. Şirin şeylər yeməsə də, alırdı. Hamı mənə görə alırdı.

Tvit.az xəbər verir ki, bu sözləri müğənni Röya Ayxan “Elgizlə İzlə” verilişində deyib.

 

“Özü də anam 4 manata verirdi, mən isə 5 manata satırdım. Bunu ilk dəfə anam biləcək. Amma qonşular da mənə o 1 manatı halal etsinlər. Çünki o manatları yığırdım, məktəbdə hamının yanında özümü göstərirdim ki, evdə mənə pul veriblər”, - müğənni qeyd edib.