Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Azərbaycanla İsrailin iqtisadi əməkdaşlığı müzakirə edildi
siyasət

Azərbaycanla İsrailin iqtisadi əməkdaşlığı müzakirə edildi

16-12-2025 18:00 31 Baxış
IMG

İsraillə iqtisadi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.

 

Tvit.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın həmsədri Mikayıl Cabbarovla İsrailin Maliyyə Nazirliyində nazir, Birgə Komissiyanın həmsədri Zeev Elkinlə görüşündə müzakirə edilib.


Qeyd olunub ki, mövcud potensialdan səmərəli istifadə iki ölkə arasında iqtisadi tərəfdaşlığın daha da dərinləşməsinə, qarşılıqlı investisiyaların və ticarət dövriyyəsinin artırılmasına töhfə verə bilər.

 

Müzakirələr zamanı enerji, ticarət, investisiya, kənd təsərrüfatı, rəqəmsallaşma, innovasiya, logistika və digər sahələrdə qarşılıqlı fəaliyyətin təşviqi imkanları vurğulanıb. Tərəflər Azərbaycan–İsrail Birgə Komissiyasının 4-cü iclasında qeyd edilmiş prioritet istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.