Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Gəncədə velosipeddən yıxılan azyaşlı xəstəxanada ölüb
hadisə

Gəncədə velosipeddən yıxılan azyaşlı xəstəxanada ölüb

10-09-2025 22:00 35 Baxış
IMG

Gəncədə 8 yaşlı qız velosipeddən yıxılaraq ölüb.


Tvit.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhər ərazisində baş verib.

 

2017-ci il təvəllüdlü A. Abbasova ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.



Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

 

Məlumata görə, o, velosiped sürdüyü zaman yıxılaraq ağır xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.