Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Tovuzda iki avtomobil körpüdən aşdı
hadisə

Tovuzda iki avtomobil körpüdən aşdı

10-09-2025 21:00 38 Baxış
IMG

Tovuzda iki avtomobil körpüdən aşıb, xəsarət alanlar var.

 

Tvit.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, "Toyota Prius" və "Opel" markalı avtomobillər toqquşub, daha sonra aşıb.

 

Qəza zamanı 1989-cu il təvəllüdlü Zaur Mehdiyev və 2002-ci il təvəllüdlü Ağası Məmmədov müxtəlif xəsarətlər alıblar. Yaralılar Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətləri orta-ağırdır.

 

Qeyd edək ki, xəsarət alanlar sürücüdürlər və taksi fəaliyyəti ilə məşğuldurlar.

 

Faktla bağlı araşdırma aparılır.