"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi İngiltərənin "Çelsi" klubunun futbolçusu Dario Essuqo əməliyyat olunub.
Bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
20 yaşlı futbolçu Portuqaliyanın U-21 yığmasının heyətində zədə alıb.
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının IV turunda "Çelsi" ilə Bakıda üz-üzə gələcək. Qarşılaşma noyabrın 4-də keçiriləcək.