Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Azərbaycanda avtobus istehsalı son 5 ildə 60 dəfə artıb
siyasət

Azərbaycanda avtobus istehsalı son 5 ildə 60 dəfə artıb

27-08-2025 19:00 44 Baxış
IMG

2024-cü ildə Azərbaycanda 120 ədəd ictimai sərnişin nəqliyyat vasitəsi istehsal edilib.

 

Tvit.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2023-cü ilə nisbətən 7 %, 2020-ci ilin göstərici ilə müqayisədə isə 60 dəfə çoxdur.

 

Ötən il ölkədə ümumilikdə 6 815 ədəd avtomobil (1 il əvvələ nisbətən 43 % çox, son beş ildə - 3,2dəfə çox), o cümlədən 5 998 ədəd minik (+55 % və +3 dəfə), 697 ədəd yük avtomobili (-13 % və +3,4 dəfə) istehsal edilib.

 

Hesabat dövründə Azərbaycanda həm də 20 ədəd qoşqu və yarımqoşqu istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 19 ədəd və ya 20 dəfə çoxdur. Son beş ildə isə qoşqu və yarımqoşqu istehsalı 5,3 % artıb.