Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Ağstafada meşə sahəsində yanğın məhdudlaşdırıldı
hadisə

Ağstafada meşə sahəsində yanğın məhdudlaşdırıldı

26-08-2025 22:00 28 Baxış
IMG

Ağstafa rayonunun Yuxarı Göycəli kəndi istiqamətində baş vermiş yanğın məhdudlaşdırılıb.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Bildirilir ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən daha böyük əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

 

Rayonun Dağ Kəsəmənli və Ağköynək istiqamətində yanğınların söndürülməsi əməliyyatı davam edir.

 

Əlavə məlumat veriləcək.