Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ siyasət Azərbaycan-Ukrayna İT forumu keçiriləcək
siyasət

Azərbaycan-Ukrayna İT forumu keçiriləcək

26-08-2025 19:00 27 Baxış
IMG

22-24 sentyabr tarixlərində Bakıda Azərbaycan-Ukrayna İT forumu keçiriləcək.

 

Tvit.az xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev X hesabında yazıb.

 

Diplomat, həmçinin Azərbaycanın İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanovla görüşüb, onunla qarşıdan gələn forumu, eləcə də iki ölkə arasında İT sahəsində əməkdaşlığı müzakirə edib.

 

"İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri Fərid Osmanovla məhsuldar görüş keçirildi. Biz Ukraynanın IT Assosiasiyasının (IT Ukraine Association) səfər planlarını, Ukrayna-Azərbaycan İT forumuna (22-24 sentyabr) hazırlığı, İT, eləcə də rəqəmsallaşma və kibertəhlükəsizlik sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə etdik", - diplomat qeyd edib.