Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb
idman

Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb

21-08-2025 20:00 39 Baxış
IMG

Azərbaycanın qadın güləşçisi Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında gümüş medal qazanıb.

 

Tvit.az xəbər verir ki, yarışın beşinci günündə Ruzanna Məmmədova (62 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb.

 

O, finalda çinli Yanqjen Yanqjenə sonuncu xal prinsipinə əsasən (6:6) məğlub olub.

 

Qeyd edək ki, daha əvvəl qadın güləşçilərdən Günay Qurbanova (59 kq) bürünc medal qazanıb.