Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ idman Azərbaycan güləşçisi bürünc medal qazandı
idman

Azərbaycan güləşçisi bürünc medal qazandı

20-08-2025 23:00 24 Baxış
IMG

Bolqarıstanın Samokov şəhərində U-20 dünya çempionatı davam edir.

"Tvit.az" xəbər verir ki, yarışın dördüncü günündə qadın güləşində ilk medal əldə edilib.

Günay Qurbanova (59 kiloqram) bürünc medal uğrunda qarşılaşmada kanadalı Ella Findinqlə üz-üzə gəlib. İlk hissədə qazanılan xallar həlledici olub. Rəqibinə 4:1 hesabıyla qalib gələn Günay dünya üçüncüsü olub.

Beləliklə, dünya çempionatında medallarımızın sayı 4-ə çatıb. Xatırladaq ki, öncəki günlərdə 3 sərbəst güləşçimiz bürünc medal qazanıb.