Tvit.Az - Azərbaycan və dünyadan ən son xəbərlər
ANA SƏHİFƏ hadisə Bakıda 60 yaşlı kişini bacısı oğlu öldürdü
hadisə

Bakıda 60 yaşlı kişini bacısı oğlu öldürdü

20-08-2025 11:00 30 Baxış
IMG

Bakıda 60 yaşlı kişi qətlə yetirilib.

"Tvit.az"ın məlumatına görə, avqustun 19-da paytaxtın Xətai rayonu ərazisində 1965-ci il təvəllüdlü Firdovsi Həsənovun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən bacısı oğlu, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma və narkotiklə əlaqəli cinayətlərə görə məhkum olunmuş 1993-cü il təvəllüdlü Rəhim Qasımov saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.